Keniyada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölən və xəsarət alanlar var – VİDEO

Dünya


Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsindəki güclü partlayış və ardınca baş verən yanğın nəticəsində azı iki nəfər ölüb.

Bu barədə yerli mətbuat xəbər verib.

Keniya Qırmızı Xaç Cəmiyyəti insident nəticəsində iki nəfərin öldüyünü, 298 nəfərin xəsarət aldığını bildirib.

Qeyd olunur ki, xəsarət alanların sayının çox olması yanacaqdoldurma məntəqəsinin ətrafında yaşayış evlərinin yerləşməsi ilə əlaqədardır.

Mənbə: Vesti.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir