Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğın söndürülüb

Cəmiyyət


Şəmkir rayonunda eyni ərazidə iki ev yanıb.

Hadisələr rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki, sözügedən qəsəbədə ayrı-ayrı iki vətəndaşa məxsus evlərdə  yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Araşdırma zamanı baş verən hadisənin bəzi təfərrüatı məlum olub. Yanğına səbəb evdə qaz partlaması olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə də yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət  Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Hər iki evdə  baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbi araşdırılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir