Estoniyada nikahların bərabərliyi tətbiq edildi

Dünya


Estoniyada nikah bərabərliyi qanunu qüvvəyə minib.

Sənədə əsasən, iki yetkin şəxs cinsindən asılı olmayaraq nikaha daxil ola bilər.

“Bu, illərlə davam edən hüquqi çaşqınlığa son qoyan, bütün Estoniya sakinlərinə təhlükəsizlik hissi və bərabər hüquqlar verəcək tarixi hadisədir”, – ölkənin sosial müdafiə naziri Siqne Riisalo bu qanunun tətbiqini şərh edərkən deyib.

O, əsassız qorxuların azalacağına və bu qərarı tənqid edənlərin yanıldıqlarını başa düşəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Estoniyada eyni cinsdən olan cütlüklər evlilikdən əlavə, birgə yaşayış müqaviləsi bağlamaq imkanına da malikdirlər.

Mənbə: İnterfaks

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir