Məzahir Pənahov: “Səsvermə günü kimsə ölsə, məlumatımız olacaq”

Cəmiyyət


“Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək”.

resmixeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, layihə sayəsində, nəinki seçkilərə qədər, hətta səsvermə günü belə kimsə dünyasını dəyişsə, dərhal məlum olacaq:

“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir