Bakıda “Disney”in yüzilliyi keçiriləcək

DIN


Bakıda dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbir dekabrın 3-də Nizami Kino Mərkəzində olacaq.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovanın resmixeber.az-a verdiyi məlumata görə, tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq:

“Tədbirdə “Walt Disney Feature Animation” tərəfindən istehsal olunan musiqili döyüş-macəra filmi “Mulan” (1998) nümayiş etdiriləcək. Bilet almaq istəyənlərin nəzərinə çatdırırıq ki, noyabrın 30-na qədər bilet alanlar üçün qiymət 5 manatdır, noyabrdan sonra isə qiymətlər 8 manat olacaq”.

Məlumat üçün qeyd edək ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə ABŞ animasiyasında liderə çevrilib. Şirkətin ilk böyük uğuru 1928-ci ildə yayımlanan, bu gün də sevə-sevə izlənilən “Mickey Mouse” cizgi filmidir.

İlk tammetrajlı animasiya filmi “Ağca və yeddi cırtdan” isə 1937-ci ildə animasiya dünyasında inqilab edib. Hazırda “Disney” – personajları, əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

Aytac Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir