Keçmiş məcburi köçkün: “Azad olunan torpaqlarımıza Ali Baş Komandanın sayəsində yeni həyat gəlib”

HƏRBİ


“Prezidentimiz Zabuxda bizim üçün hər bir şərait yaradıb, evlərimizi tikib, ata-baba yurdumuzu bizə qaytarıb”.

Bu sözləri resmixeber.az-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Kamilə Rəsulova düyib.

O bildirib ki, Ali Baş Komandanın sayəsində bu gün bütün dünya Azərbaycandan danışır:

“Biz bu günləri yaşadığımız üçün Ali Baş Komandana borcluyuq. Onun qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Azad olunan torpaqlarımıza isə onun sayəsində yeni həyat gəlib. Hər yer sürətli şəkildə abadlaşdırılır, yenidən qurulur. Sakinlər üçün hər cür şərait yaradılır. Artıq bütün dünya bizim qələbəmizdən, Qarabağda görülən işlərdən danışır. Qəhrəman igidlərimiz öz canları, qanları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Biz də ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlər vermişik. Allah onlara rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə cansağlığı versin! Sizə də təşəkkürümü bildirirəm ki, bu gün bizim sevincimizə şərik olursunuz, bizim öz yurdumuza köçməyimizi işıqlandırırsınız, dünyaya çatdırırsınız”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola salınır. Bu günədək isə 96 ailənin, 382 nəfərin Zabux kəndinə köçü təmin edilib.

Aytac Qasımova

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir