Güneyli siyasi məhbus: “Xəstəxanaya hicabsız, pencək və ətəkdə gedib qayıtdım” – FOTO

Dünya


“Mən zindandan xəstəxanaya hicabsız, pencək və ətəkdə təhlükəsizlik qüvvələrinin müşayiəti ilə gedib qayıtdım”.

Bu sözlər güney azərbaycanlı siyasi məhbus, qadın hüquqları müdafiəçisi və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin “Instagram” hesabında onun adından yazılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayılıb.

Qeyd edək ki, o, bir müddət öncə zindanda xəstə məhbusların müalicəsini ləngidən həbsxana rəhbərliyinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məlumata görə, xəstəxanadan qayıtdıqdan sonra Nərgiz Məhəmmədi aksiyanı dayandırıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir