Şarl Mişel Ukraynaya yollanır – FOTO/VİDEO

Dünya

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya yollanır.

resmixeber.az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabından xəbər verib.

Paylaşdığı videoda Kiyevə yollandığını deyən Mişel Ukrayna Prezidenti Volodimir Zelenski, baş nazir Denis Şmıqal, eləcə də deputatlarla görüşməyi planlaşdırdığını vurğulayıb.

“Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar. Onların bu dəstəyə ehtiyacı var və buna layiqdirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Şarl Mişel Rusiyanın hərbi təcavüzü fonunda Kiyevlə həmrəylik əlaməti kimi 2022-ci ilin aprelində Ukraynaya səfər etmişdi.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir