Ramzan Kadırov: “Dördüncü gülləni alnına vurun”

Dünya


Avqustun 29-da Mahaçqalada baş vermiş kütləvi iğtişaşlarla bağlı geniş hökumət müşavirəsi zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Qvardiyasının və Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələrinə müraciət ünvanlayıb.

Kadırov qeyd edib ki, kütləvi iğtişaşların iştirakçıları saxlanılmalıdır, lakin onlara qarşı odlu silahdan da istifadə etmək mümkündür.

“Ara qarışdıranlar dərhal tutulmalıdırlar. Amma başqa variant da var. Ya da havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Belə olduqda onlar bir daha iğtişaş keçirməyəcəklər. Bu, mənim əmrimdir”, – deyə Çeçenistan rəhbəri bildirib.

Mənbə: News.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir