Məhkəmə sabiq maliyyə rəisi ilə bağlı qərar verdi

Kriminal


Bakı Apellyasiya Məhkəməsində “N” saylı hərbi hissələrdən birində maliyyə xidmət rəisi vəzifəsində çalışmış Nəsrəddin Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilib, iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, N.Mirzəyev aldatdığı Aytən adlı xanımın qohumu ilə bir müddət eyni hərbi hissədə çalışıb. O, Aytəni Müdafiə Nazirliyinə işə düzəldəcəyini deyib və ondan hissə-hissə olmaqla 10 min manat alıb. Aytən sonuncu dəfə pul verən zaman N.Mirzəyevi telefonla lentə alıb. Aytən pul verən ərəfədə Nəsrəddin Mirzəyev başqa bir cinayət işinə görə hakim qarşısına çıxarılırmış. Həmin cinayət işində də N.Mirzəyev bir neçə nəfərə qarşı eyni dələduzluq əməlini törədibmiş.

N.Mirzəyev əməllərini etiraf edərək deyib ki, maddi sıxıntıları olduğu üçün bu işləri görüb. O, həmin pulun 4 min manatını geri qaytara bildiyini söyləyib. Zərərçəkmiş şəxs pulunun tam ödənilməsini tələb edib və şikayətçi olduğunu qeyd edib. İş materiallarında olan videogörüntüdən məlum olur ki, Aytən sonuncu dəfə N.Mirzəyevə pul verən zaman gizli çəkiliş edib. Çəkiliş zamanı Aytən N.Mirzəyevdən ona nə qədər pul verdiyini soruşub. N.Mirzəyev 10 min manat aldığını etiraf edib və işi yaxın zamanda həll edəcəyi vədini verib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir