“Bloomberg”: “Türkiyə Ukrayna münaqişəsinin həlli üçün görüş hazırlayır”

Dünya


Türkiyə hakimiyyəti Ukrayna münaqişəsinin həllinə yönəlmiş geniş beynəlxalq toplantı hazırlayır.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, tədbir oktyabr ayına planlaşdırılıb.

“Müxtəlif ölkələrdən milli təhlükəsizlik müşavirləri məsləhətləşmələr üçün İstanbula səfər edəcək. Görüş iştirakçıları Ukraynada uzunmüddətli sülhə nail olmağın yollarını müzakirə edəcəklər”, – deyə mənbədən qeyd edilib.

Görüşdə ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı gözlənilir. Rusiya tərəfi dəvət olunmayıb. Çin nümayəndələrinin İstanbula gedib-getməyəcəyi isə hazırda məlum deyil.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir