Moskvada yarım milyon dollarlıq “Ferrari” səkiyə çırpıldı – FOTO/VİDEO

Dünya


Rusiya paytaxtı Moskvanın Sadovo-Kudrinskaya küçəsində “Ferrari Portofino” markalı avtomobil səkiyə çırpılıb.

Avtomobilin içində olan 30 yaşlı oğlan və 23 yaşlı qız ciddi xəsarət almayıblar və onlara yerindəcə tibbi yardım göstərilib. Məlumata görə, onların hər ikisi ayıq olub.

Qəzanın ilkin səbəbi kimi isə sürücünün yaş asfaltda idarəetməni itirməsi göstərilir.

Qeyd edək ki, hazırda “Ferrari Portofino” avtomobillərinin xüsusilə 22/23-cü ildən olan modellərinin qiyməti Rusiyada 500 min dollardan çoxdur.

Mənbə: “Baza”, “Mash” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir