Polşadan Rusiya ilə bağlı növbəti addım

Dünya


Polşa hakimiyyəti Ukraynadakı müharibə fonunda hərbi kontingenti artırmağa və ölkənin təhlükəsizliyini gücləndirməyə davam edir.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat verib.

Onun sözlərinə görə, Baltikyanı ölkələrin enerji infrastrukturunun qorunması məqsədilə “Formoza” hərbi bölməsində yeni xüsusi təyinatlılar qrupu yaradılır.

“Yeni qrupun yaradılması Polşanın ən mühüm infrastruktur obyektlərinin – Svinouyssedəki qaz limanının və “Baltic Pipe” qaz kəmərinin istismarı ilə bağlı müasir hərbi və qeyri-hərbi təhlükələrə cavabdır”, – deyə o bildirib.

Blaşak qeyd edib ki, bu qərar Rusiyanın təcavüzkar siyasətindən irəli gələn təhlükələrə cavab olaraq verilib.

“Biz müxtəlif təxribatların mümkünlüyünü nəzərə almalıyıq”, – deyə nazir vurğulayıb.

O, eyni zamanda, polyakları orduya, o cümlədən xüsusi təyinatlılara daha fəal qoşulmağa çağırıb.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir