Kiyevdə tramvay relsdən çıxıb: Xəsarət alanlar var

Dünya


Ukraynanın paytaxtı Kiyevdə tramvay relsdən çıxması nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.

“Darnitski rayonunda, Anna Axmatova küçəsində tramvay vaqonu relsdən çıxıb. İlkin məlumata görə, tramvayın sürücüsü və yeddi sərnişin xəsarət alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir və lazım gələrsə onlar xəstəxanaya yerləşdiriləcəklər”, – administrasiyanın məlumatında qeyd olunur.

İnsidentdən sonra iki marşrut üzrə tramvayların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir