HIK-in baş məşqçisi: “Azlıqda qalmağımız matçın gedişatını dəyişdi”

Dünya


“Görüşün əvvəlində hesabı açdıq, sonra futbolçumuz ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Beləliklə, matçın gedişatı bir az dəyişdi”.

“resmixeber.az” xəbər verir ki, bunu HIK-in baş məşqçisi Toni Korkeakunnas Finlandiyada “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis yetirmələrinə görə məyus olduğunu bildirib:

“Keyfiyyətli rəqibə qarşı 10 nəfərlə uzun müddət mübarizə aparmaq kifayət qədər çətindir. Komanda çətin vəziyyətdə belə reaksiya verdiyi üçün qürur duyuram və futbolçularımla fəxr edirəm. Məncə, düzgün istiqamətdəyik. UEFA Konfrans Liqasında əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” Bakıdakı matçda da rəqibinə eyni hesabla qalib gəlmişdi.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir