Azərbaycan millisinin üzvü özünə komanda tapdı

Dünya


“Sabah”dan ayrılan Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadə karyerasını “Araz Naxçıvan”da davam etdirə bilər.

resmixeber.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçi Muxtar Respublika klubu ilə danışıq aparır. Tərəflər anlaşmağa yaxındırlar.

Karyerası ərzində “Sumqayıt” və “Zirə”nin də formasını geyinmiş Həsənalızadə 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, Azərbaycan millisinin heyətində üç oyun keçirib.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir