“Neftçi” məşhur məşqçiyə tapşırıla bilər

Dünya


Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisi də rumıniyalı ola bilər.

İddiaya görə, “ağ-qaralar” ötənlərin məşhur futbolçusu Adrian Mutunu bu posta gətirmək istəyir. Bakı klubunun hazırda “Rapid 1923”ü çalışdıran mütəxəssisə bir milyon avro məvacib ödəməyə hazır olduğu bildirilir. Eyni zamanda hazırkı komandası ilə müqaviləsi davam etdiyindən “Rapid 1923”ə də təzminat verilməlidir.

Daha əvvəl ölkəsində “Voluntari”, “Universtatya Krayova”, Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vahda” (U-21) klublarını, Rumıniya U-21 millisini çalışdırmış 44 yaşlı mütəxəssis keçən ildən hazırkı komandasında işləyir. Mutu futbolçu karyerası ərzində İngiltərənin “Çelsi”, İtaliyanın “İnter” və “Yuventus” kimi klublarının formasını geyinib.

Mənbə: gsp.ro

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir