Nabranda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Nabranda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

“resmixeber.az” xəbər verir ki, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 77-PU-382 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhmədov Rəsul Rəşad oğlu və 1987-ci il təvəllüdlü Əhmədova Səbinə Cahangir qızı xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir