Keşlədə 52 yaşlı piyada qəzada ağır xəsarət aldı

Cəmiyyət

Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Keşlə qəsəbəsində 52 yaşlı Məmmədov Hənifə Hikmət oğlu yolu keçərkən onu velosiped vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ağır kəllə travması diaqnozu qoyulub. Yaralı əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir