Putinin Ukraynada üzləşdiyi 5 ƏSAS PROBLEM

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin uzanması fonunda hərbi, iqtisadi və siyasi baxımdan artan çətinliklərlə qarşılaşır.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin təhlilində bildirilir.

Məqalədə qeyd olunur ki, Ukrayna ordusunun pilotsuz uçuş aparatları və raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi Moskva üçün əlavə risklər yaradır.

Bildirilir ki, neft emalı infrastrukturuna edilən hücumlar yanacaq qıtlığına, qiymətlərin bahalaşmasına və ixrac məhdudiyyətlərinə səbəb olub.

Bloomberg-in təhlilinə görə, Rusiya iqtisadiyyatı da artan təzyiqlərlə üzləşir. Yüksək inflyasiya, bahalı kreditlər, işçi qüvvəsi çatışmazlığı və iqtisadi artım tempinin zəifləməsi hərbi iqtisadiyyatın dayanıqlılığına təsir göstərir.

Agentlik vurğulayır ki, Kreml indiyədək öz maraqlarına uyğun sülh razılaşmasına nail ola bilməyib və danışıqlar prosesi faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.

Məqalədə həmçinin qeyd olunur ki, müharibənin uzanması, iqtisadi çətinliklər və Rusiya ərazisinə edilən hücumlar fonunda Vladimir Putinə ictimai dəstək və etimad göstəricilərində azalma müşahidə olunur.

Bloomberg hesab edir ki, Kreml siyasi sistem üzərində nəzarəti qoruyub saxlasa da, müharibə Rusiya üçün hərbi, iqtisadi və daxili siyasi xərcləri tədricən artırır.