Kamçatka sahillərində iki güclü zəlzələ baş verib

Baş səhifə

Bakı.Trend:

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə
alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka filialı məlumat yayıb.




İlk zəlzələ 6,0 maqnitudada Avaça körfəzinin akvatoriyasında
qeydə alınıb. Zəlzələnin episentri 64,6 kilometr dərinlikdə,
Petropavlovsk-Kamçatskidən təxminən 210 kilometr məsafədə
yerləşib.

Yeddi dəqiqə sonra eyni ərazidə ocağı 72 kilometr dərinlikdə
yerləşən 5,7 maqnitudalı ikinci zəlzələ baş verib.