
Bakı.Trend:
Rusiyanın Tümen şəhərindən Beloyarska uçan An-24 hava gəmisi güc
qurğularında ortaya çıxan nasazlığa görə qalxdığı aeroporta
qayıdaraq məcburi eniş edib.
Bu barədə Ural nəqliyyat prokurorluğunun mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, insident Moskva vaxtı ilə 07:00-da (Bakı vaxtı
ilə 08:00) baş verib. Enişin ştat rejimində həyata keçdiyi qeyd
edilir.
Nəqliyyat prokurorluğu uçuş təhlükəsizliyi ilə bağlı
qanunvericiliyin tələblərinə əməl olunmasının yoxlanılması
məqsədilə nəzarət tədbirlərinə başlayıb. Yoxlamanın nəticələrinə
əsasən, aviaşirkətin aviasiya texnikasına texniki xidmət
tələblərinə riayət etməsi, təyyarənin uçuşqabağı hazırlığının tam
və vaxtında həyata keçirilməsi, eləcə də ekipajın hərəkətlərinə
hüquqi qiymət veriləcək.

