
Bakı.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində neft
qiymətlərinin kəskin artması ABŞ administrasiyasında ciddi
narahatlıq yaradıb.
Trend-in
məlumatına görə, bu barədə CNN telekanalı mənbələrə istinadla
məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müşavirləri hərbi
əməliyyatların ilk günlərində neft qiymətlərinin yalnız
qısamüddətli artacağını gözləyirdilər. Lakin bazarın reaksiyasının
faktiki miqyası onları təəccübləndirib.
CNN qeyd edir ki, ABŞ administrasiyası əvvəlcə benzin
qiymətlərinin aşağı düşməsini noyabr ayında keçiriləcək aralıq
seçkilər ərəfəsində Respublikaçılar Partiyasının xeyrinə əsas
arqument kimi istifadə etməyi planlaşdırırdı. Lakin neftin qiyməti
bir barel üçün 100 dolları keçdikdə, ABŞ hakimiyyətinin atdığı
addımların uzunmüddətli enerji böhranı ilə bağlı narahatlıqları
aradan qaldıra bilmədiyi üzə çıxıb.


