İsrail yüzlərlə iranlı hərbçinin olduğu obyektə zərbə endirib

Baş səhifə

İranda ballistik raketlərin saxlanıldığı güman edilən yeraltı obyektə zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, zərbə zamanı obyektin ərazisində yüzlərlə iranlı hərbçi olub. Obyektdə hərbi bunkerlər və komanda mərkəzləri olduğu bildirilir. Bundan əlavə, zərbə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əsas hərbi universitetinə də endirilib.