“Telegram” kanalları kütləvi surətdə bloklanır

Baş səhifə

Bakı. Trend:

“Telegram” messenceri 187 min 634 qrup və kanalı bloklayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu son həftələrin ən kütləvi bloklama dalğası
sayılır.




Fevralın əvvəlindən etibarən “Telegram” artıq 2,04 milyon icmaya
çıxışı məhdudlaşdırıb. Onlardan 7116-sı terrorizmlə əlaqəli
olub.

2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı
7,5 milyona yaxınlaşıb. Bu rəqəmə platforma tərəfindən terrorizmlə
əlaqəli hesab edilən 27 382 icma da daxildir.

Qeyd edək ki, “Telegram”da 2015-ci ildən etibarən istifadəçi
şikayətləri və maşın öyrənməsindən istifadə edilən proaktiv
monitorin sistemi tətbiq olunur . 2024-cü ilin əvvəlində bu
tədbirlərə süni intellekt əsaslı moderasiya alətləri də əlavə
edilib.