“Mançester Siti” “Çelsi” ilə oyunda qələbəni əldən verib, “Liverpul” xal itirib

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında XX tura yekun vurulub.

Trend-in
məlumatına görə, turun bağlanış oyununda “Mançester Siti” öz
meydanında “Çelsi”ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə
fərqləndiyi matçda qalib müəyyənləşməyib – 1:1.

Görüşdə hesabı meydan sahibləri açıblar. Ticani Reynders 42-ci
dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlar əsas vaxta əlavə
olunmuş 4-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Enzo
Fernandes London klubuna Mançester səfərində 1 xal qazandırıb.

Bu nəticədən sonra turnir cədvəlində “Mançester Siti” 42 xalla
2-ci, “Çelsi” isə 31 xalla 5-cidir.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:




“Lids Yunayted” – “Mançester Yunayted” – 1:1

“Tottenhem” – “Sanderlend” – 1:1

“Nyukasl” – “Kristal Pelas” – 1:1

“Everton” – “Brentford” – 2:4

“Fulhem” – “Liverpul” – 2:2