Almaniya ordusu “Patria” ilə 2 milyard avroluq müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

Almaniya ordusu Finlandiyanın “Patria” müdafiə şirkəti ilə
dəyəri 2 milyard avro olan müqavilə bağlayıb.

Trend xəbər verir
ki, bu barədə “Patria” şirkətinin mətbuat xidməti məlumat
yayıb.




Müqaviləyə əsasən, Almaniya Silahlı Qüvvələri üçün 876 ədəd
“Patria 6×6” tipli zirehli avtomobil alınacaq. Texnikanın ilk
partiyasının 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.

Bildirilir ki, istehsal prosesində Norveç, Almaniya və Fransa
şirkətləri də iştirak edəcək.