
Bakı. Trend:
“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik
edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat
şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla
müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi
barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı
formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən
5 (beş) iş günü müddətində sənaye məhəlləsinin rezidentinin
qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və
ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim ediləcək.
Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq
edən sənəd təqdim edildikdən sonra sənaye məhəlləsinin rezidentinin
qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə
təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu
Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim
edilmədikdə idarəedici təşkilat tərəfindən sənaye məhəlləsinin
rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə
məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndəriləcək


