Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı

Baş səhifə

Bakı. Trend:

Müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın
məktəbəhazırlıq təhsili ilə əhatə olunması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.




Bildirilib ki, məktəbəhazırlıq təhsili ilə bağlı xərclərə 37,4
milyon manat ayrılması proqnozlaşdırılıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon
manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə
78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə
müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.