
Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma
güləşi üzrə yarışlar başa çatıb.
Trend xəbər
verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan
yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.
Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram)
və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram)
və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55
kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları
6 medalla başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


