Yunanlar  türkiyəli məşqçi ilə yollarını ayırdı

Baş səhifə

Yunanıstanın “Panatinaikos” basketbol komandası türkiyəli baş məşqçisi Ergin Atamanla yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Panatinaikos” Ergin Atamanın rəhbərliyi altında 4 kubok qazanıb. Bunlardan biri Avroliqa çempionluğudur.