
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir
Putinlə bu həftə görüşməyi təklif etdiyini bildirib.
Zelenskinin sözlərinə görə, genişmiqyaslı müharibəyə son
qoyulması məqsədilə belə bir görüş iyunun 15–17-də Fransada
keçirilən G7 sammiti çərçivəsində baş tuta bilərdi, lakin Rusiya
Prezidenti danışıqlara hazır deyil.
“Putinə G7 sammiti çərçivəsində görüşməyə hazır olduğumuz barədə
mesaj göndərdik. Çünki orada Tramp və Makron da olacaq, yəni həm
Avropa, həm də ABŞ təmsilçiləri iştirak edəcəklər. Fikrimcə, bu,
hamımızın bir araya gələrək görüşməsi üçün çox yaxşı imkandır”, –
deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Avropa və ABŞ bu təşəbbüsü
dəstəkləyib, Rusiya isə bir daha danışıqlara hazır olmadığını
nümayiş etdirib.
Xatırladaq ki, Volodimir Zelenski iyunun 4-də Kreml rəhbərinə
açıq məktub ünvanlayaraq uzunmüddətli sülhə nail olunması üçün
razılıqların əldə edilməsi məqsədilə üçüncü ölkədə görüş keçirməyi
təklif etmişdi.

