
Bakı. Trend:
Gələcəkdə süni intellektin Kiçik və orta bizneslərə təsiri daha
az olacaq.
Trend xəbər
verir ki, bunu bu gün Dünya Bankının Ankaradakı nümayəndəliyinin
aparıcı iqtisadçısı Rene Leon Solano Dövlət Məşğulluq Agentliyi
tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti
çərçivəsində təşkil edilmiş “Peşələrin gələcəyi bizdən nə tələb
edir?” adlı paneldə “Yeni nəsil peşələrin xəritəsi” mövzusunda
çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya üzrə Kiçik və orta bizneslərin yalnız
14 faizi süni intellektden istifadə edir.
“Bu günkü statistikalar onu deməyə imkan verir ki, süni
intellektin Kiçik və orta bizneslərə təsiri daha az olacaq.
Statistika göstərir ki, müəllimlər də süni intellektdən az istifadə
edir. İlk olaraq, bir çox tapşırıqlar süni intellekt tərəfindən
icra ediləcək. Texnologiyanı iş yerlərində tətbiq etmək istehsal
xərcini azalda və qiymətlərə təsir göstərə bilər. Bu dəyişikliyin
pozitiv tərəfidir. Digər məqam ondan ibarətdir ki, süni intellektin
tətbiqi ilə yaradılan tapşırıqlarda süni intellektin alqortimindən
istifadə edə bilərik. Bəzi sahələrdə isə süni intellekt sadəcə
dəstəkverici rol oynaya bilər. Məsələn, müəllimlər. Bəzi peşələr
bir neçə ildən sonra ümumiyyətlə, mövcud olmayacaq.
Məsələn: mühasibatlıq, hüquqşünaslıq kimi peşələr artıq
aktuallığını itirəcək”.

