Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Baş səhifə
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.

Bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

MƏLUMAT YENİLƏNİR..