Xorvatiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Bakıda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə tərəflər Zaqreb və Bakı arasında ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin geniş spektrini, həmçinin regional gündəliyi müzakirə ediblər.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

