Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün bir sıra
strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, ilk növbədə, ortaq müdafiə və
təhlükəsizlik sisteminin yaradılması vacibdir:
“Bu məqsədlə gələcəkdə “Türk Müdafiə Alyansı”nın
formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması
böyük əhəmiyyət daşıyır. Müasir dövrdə artan kibertəhlükələr
fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması
informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal
informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk
Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs
vahid informasiya strategiyası ilə türk dövlətlərini media
sahəsində birləşdirəcək”.

