Sürücü idarəetməni itirdi: Üç sərnişin öldü – FOTO

Cəmiyyət

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, baş verən hadisə zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün  saat 15:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində üç nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib:

“Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan üç nəfər şərnişin isə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az