“SpaceX” orbitə bir milyon peyk buraxacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinə “Starmind” data mərkəzləri şəbəkəsi yaratmaq məqsədilə kosmosa bir
milyon peyk göndərməyə icazə verib.

Bu barədə komissiyanın mətbuat xidməti qurumun rəsmi saytında
məlumat yayıb.




“Bu gün FCC ABŞ tarixində ilk dəfə olaraq kosmosda data
mərkəzləri şəbəkəsinin yaradılmasına icazə verib. ABŞ-nin
superintellekt sahəsində inkişafında dönüş nöqtəsi olan bu məqamda
FCC “SpaceX” şirkətinə Yer kürəsində istifadə olunacaq böyük həcmdə
məlumatların emalı üçün orbitə bir milyon hesablama modulunun
yerləşdirilməsinə icazə verir”, – deyə komissiyanın bəyanatında
bildirilib.