Sahibə Qafarova Cənubi Afrika Respublikasında işgüzar səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika
Respublikasının Keyptaun şəhərinə işgüzar səfərə gedib.

Trend xəbər
verir ki, Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini
Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət
komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da
müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər
qarşılayıblar.

Səfərdə Milli Məclisin sədri “Böyük iyirmilik” (G20) ölkələrinin
Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən
parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə
tutulub.