Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Bu gün Kamçatkadakı Asaça qızıl yatağında baş verən partlayış
nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Rusiyanın Kamçatka ərazi Təbii Fəlakətlər Təbabəti
Mərkəzindən məlumat verilib.




“Məlumatlara görə, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.
Onların vəziyyəti stabil ağırdır. Yaralıların quru yolu və ya hava
nəqliyyatı ilə təxliyə edilməsi məsələsi həll olunur”, – deyə
Mərkəzdən bildirilib.

Asaça qızıl yatağı Petropavlovsk-Kamçatskidən 160 kilometr
məsafədə, Yelizovo rayonunda yerləşir. Bu mədən Cənubi Kamçatka
bölgəsinin əsas qızıl yataqlarından biridir.