Rubio Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyişin əldə edildiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna üzrə
danışıqlarda irəliləyişin əldə edildiyini açıqlayıb.

Trend xəbər verir ki, lakin
o, irəlidə hələ uzun yolun olduğunu bildirib.




Onun sözlərinə görə, Ukraynadakı müharibəyə son qoymaq üçün
aparılan danışıqlar kiməsə onu qəbul etməyə məcbur etməkdən ibarət
deyil.

Mətbuat konfransında jurnalistlərə danışan Rubio əlavə edib ki,
son məsələlərin həlli həmişə ən çətin olur.