
Bakı.Trend:
Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq
etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ)
şikayət edib.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın
iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.
Onun sözlərinə görə, İrəvan hesab edir ki, məhdudiyyətlər
Aİİ-nin prinsiplərinə və sazişlərinə uyğun deyil.
Qasparyan həmçinin ticarət maneələrinin aradan qaldırılması üçün
ittifaqın nəzərdə tutduğu mexanizmlərin işə salınacağına ümid
etdiyini bildirib.

