
Bakı. Trend:
Rabitəbank Visa-nın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində
Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da
baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək
komanda ruhu, strateji düşüncə və rəqabət atmosferini özündə
birləşdirən xüsusi platforma təqdim edəcək.
Turnir iki mərhələdən ibarət olacaq. 11-21 noyabr tarixlərində
keçiriləcək ilkin mərhələ onlayn kvalifikasiya formatında təşkil
olunacaq. Bu mərhələdə komandalar finala vəsiqə qazanmaq uğrunda
mübarizə aparacaqlar. Onlayn kvalifikasiyanı uğurla başa vuran
komandalar isə 22 noyabr tarixində final mərhələsində
qarşılaşacaqlar.
Turnirdə iştirakın əsas şərtlərindən biri komanda üzvlərinin
Rabitəbankın Kartmane Gamer kartına sahib olmasıdır. Hazırda davam
edən kampaniya çərçivəsində Kartmane Gamer kartını noyabr ayının
sonunadək ödənişsiz sifariş etmək mümkündür.
Yarışın yekun nəticələrinə əsasən birinci yeri tutan komanda 2
500 AZN, ikinci yeri tutan komanda 1 500 AZN, üçüncü yeri tutan
komanda isə 1 000 AZN məbləğində pul mükafatı qazanacaq.
Rabitəbank tərəfindən reallaşdırılan layihənin əsas
məqsədlərindən biri sürətlə inkişaf edən gaming mədəniyyətinə
dəstək göstərmək, oyun həvəskarları üçün peşəkar və rəqabətli mühit
yaratmaq, eyni zamanda gənclərin maraq göstərdiyi müasir rəqəmsal
istiqamətlər üzrə yeni təcrübələrin formalaşmasına töhfə
verməkdir.
Tədbir gaming atmosferinin, canlı rəqabətin və komanda
təcrübəsinin bir araya gəldiyi xüsusi görüş məkanı rolunu
oynayacaq. Müxtəlif komandaların eyni məkanda qarşılaşması
iştirakçılara həm öz oyun bacarıqlarını nümayiş etdirmək, həm də
gaming icmasının digər üzvləri ilə ünsiyyət qurmaq imkanı
yaradacaq.
Turnirdə iştirak etmək istəyən komandalar əvvəlcədən
qeydiyyatdan keçməlidirlər. İştirak və qeydiyyat üçün https://rbt.az/gaming
linkə keçid edə bilərsiniz.
Kartmane Gamer haqqında
Kartmane Gamer Rabitəbankın oyunsevərlər və rəqəmsal
platformalardan aktiv istifadə edən gənclər üçün hazırladığı xüsusi
kart məhsuludur. Kart rəqəmsal ödənişlər üzrə 5%-dək keşbek, kart
qalığına illik 4% gəlir, 7 illik istifadə müddəti, AZN, USD və EUR
valyutalarında istifadə, eləcə də istənilən ATM-də aylıq 2 000
AZN/USD/EUR-dək komissiyasız nağdlaşdırma imkanı təqdim edir.
Kartmane Gamer ölkədə ilk dəfə LED texnologiyalı kart kimi
təqdim olunur və innovativ dizaynı ilə gamer auditoriyasının
rəqəmsal həyat tərzinə uyğun fərqli istifadəçi təcrübəsi
yaradır.
Kart sifarişi üçün https://rbt.az/gamer
linkinə keçid edə bilərsiniz.

