Rəsmi Kreml ABŞ-nin nüvə sınaqları ilə bağlı bəyanatına münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Rəsmi Kremel ABŞ-nin nüvə sınaqları keçirməyi planlaşdırdığı
barədə bəyanatına münasibət bildirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Rusiya pezidentinin mətbuat katibi
Dmitriy Peskov keçirdiyi brifinqdə nüvə sınaqlarının keçirilməsinə
qoyulmuş moratoriumu xatırladıb.

Onun sözlərinə görə, həm Moskva, həm də Vaşinqton 1990-cı
illərdə nüvə sınaqlarının keçirilməsinə moratorium tətbiq etmişdi.
Bundan əlavə, hər iki ölkə Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi
haqqında Müqaviləni (CTBT) imzalayıb, lakin indiyədək onu
ratifikasiya etməyib.




Peskov qeyd edib ki, ABŞ suveren dövlətdir və suveren qərarlar
qəbul etmək hüququna malikdir, lakin Putin dəfələrlə bildirib ki,
əgər kimsə moratoriumdan kənara çıxarsa, Rusiya vəziyyətə uyğun
şəkildə hərəkət edəcək.

Trampın digər ölkələrin sınaqlar keçirməsi ilə bağlı sözlərinə
münasibət bildirən Peskov deyib ki, söhbətin nədən getdiyini
bilmir. Əgər ABŞ prezidenti Rusiya tərəfindən həyata keçirilən
“Burevestnik” qanadlı raketinin sınağını nəzərdə tutubsa, o, bu
sınağın nüvə xarakterli olmadığını vurğulayıb.