Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının
şərəfinə şam yeməyi verilib.

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və
qızları Arzu Əliyeva tədbirdə iştirak ediblər.