“Qarabağ” – “Ayaks” matçına indiyə qədər satılan biletlərin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a
qarşı keçirəcəyi matça satılan biletlərin sayı bəlli olub.

Trend xəbər
verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.




Bildirilib ki, indiyə qədər 27 600 bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start
götürəcək.