
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da Birləşmiş Ərəb
Əmirliklərində Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının
keçiriləcəyini açıqlayıb.
Bu barədə Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri
ilə operativ müşavirə zamanı deyib.
Rusiya prezidenti Təhlükəsizlik Şurasının daimi üzvlərini, eləcə
də Rusiya nümayəndə heyətinin danışıqlarda iştirak edəcək dəvətli
üzvlərini bu mövzunu müzakirə etməyə dəvət edib.
“Gələn həftə, çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərində
Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqlar başlamalıdır”, –
deyə Putin bildirib.
“İlk növbədə, çərşənbə axşamı danışıqların keçirilməli olduğunu
nəzərə alaraq, bu danışıqlarda iştirak edəcək həmkarlarımı dəvət
etdim. Təklif edirəm ki, bu mövzunu qısaca müzakirə edək”, – deyə
dövlət başçısı əlavə edib.
–

