
Bakı. Trend:
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun “Kopenhagen”
futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.
Trend xəbər
verir ki, paylaşımda deyilir:
“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı
qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün
Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2
parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə
ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam
edir.”

