
Bakı. Trend:
Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.
2026/27 mövsümünün yeni rekordu 12-ci turun “Kəpəz” – “Qarabağ”
görüşünə (0:0) təsadüf edib. Gəncə şəhər stadionundakı qarşılaşmanı
15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək
göstəricidir.
Qeyd edək ki, bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə
alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə
qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr
edib.

