
Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-u, xüsusilə
gənclərin beyninə mənfi təsir göstərən dəhşətli platforma
adlandırıb.
Bu barədə Kasım-Jomart Tokayev Moskvada Sberbankın
təşkilatçılığı ilə keçirilən “Süni İntellekt Dünyasına Səyahət” (AI
Journey 2026) beynəlxalq konfransı çərçivəsində gənc süni intellekt
istedadları ilə görüşdə bildirib.
“Bu günlərdə hər kəs smartfondan istifadə edir, amma nədənsə
insanlar onun yalnız zəng etmək, mesajlaşmaq, bəlkə də film izləmək
üçün nəzərdə tutulduğunu düşünürlər. Bir də TikTok var. TikTok
insan beynini, xüsusilə də gənclərin beynini məhv edən dəhşətli bir
şeydir”, – deyə Tokayev qeyd edib.
Prezident vurğulayıb ki, Qazaxıstan əhali üçün rəqəmsal
iqtisadiyyat qurmağa çalışır.
“Lakin smartfondan düzgün və bacarıqla istifadə etməklə,
məsələn, kənddə və ya kiçik yaşayış məntəqəsində oturaraq da pul
qazanmaq mümkündür. Bunun üçün internetə çıxışın olması
kifayətdir”, – deyə o bildirib.
Tokayevin sözlərinə görə, bunun üçün insanların müvafiq təlimlər
keçməsi vacibdir. Bundan sonra onlar qanuni yollarla gəlir əldə edə
bilərlər.
“Mən bunu xalqın rəqəmsal iqtisadiyyatı adlandırıram”, – deyə
Qazaxıstan Prezidenti əlavə edib.

